Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi Qarabağ gənclərinin ictimai fəaliyyətini artırmaq və onların vətəndaş cəmiyyəti institutlarında iştirakını təmin etmək üçün 2 ay müddəti əhatə edən Qarabağ Regionunda II "QHT məktəbi" proqramı həyata keçirib. Gənclər üçün Təhsil Mərkəzi tərəfindən idarə olunan keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq, 2002-ci ildə Azərbaycanda yaranan "QHT Məktəbi"nin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.
Mərkəzdən SİA-ya verilən xəbərə görə, bu günədək 1300-ə yaxın məzunu olan məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması və s. mövzular tədris olunur. İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB