Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçiriləcək. SİA-nın xəbərinə görə, sabah respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşacaq.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçiriləcək kollegiya iclası 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə bağlı da müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...