15 iyul 2014-cü il tarixində BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunu tərəfindən həyata keçirilən "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adlı Milli Məsləhətləşmələrinin yekun mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, yekun mərhələdə BMT-nin Modeli Simulyasiya oyunu təşkil olunacaq, layihənin hesabatının təqdimatı və iştirakçıların təltif olunması həyata keçiriləcək.
BMT Modeli Birləşmiş Millətlər Təşkilatının müxtəlif Komitə nümayəndələrinin gənclər tərəfindən təmsil oldunduğu simulyasiya oyunudur. Oyun zamanı 40 gənc 5 regionun ölkələrinin nümayəndələrini canlandıraraq, təmsil etdikləri ölkələrin xüsusiyyətlərinə uyğun problemlər irəli sürəcək, müzakirələr aparacaq, təkliflər və bu təkliflərin icra mexanizmlərini irəli sürəcəklər.
Tədbir zamanı həmçinin layihə çərçivəsində görülən işlər barədə məlumat veriləcək və fəallığı ilə seçilən iştirakçıların təltifolunma mərasimi keçiriləcək.
Tədbirdə, Milli Məsləhətləşmələrin əsas tərəfdaşları olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi cənab Antonius Brukun iştirakı gözlənilir, eləcə də tədbirdə iştirak üçün Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmiləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müxtəlif dövlət qurumları, gənclər təşkilatların və mətbuat nümayəndələri dəvət olunub.
Tədbir tədbir 15 iyul 2014-cü il tarixində Azərbaycan Diplomatik Akademiyası (Bakı, Nərimanov r., Əhmədbəy Ağa oğlu 11) keçiriləcək. Tədbirin rəsmi hissəsi 11:45-də başlanacaq.
Xatırladaq ki, "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adlı Milli Məsləhətləşmələrin icra planına əsasən BMT Modeli simulyasiyasından əvvəl Gəncə və Quba şəhərlərində məsləhətləşmələr keçirilib. Bu məsləhətləşmələrdə QHT-lər, gənclər təşkilatları, hökumət qurumları, media nümayəndələri və fəal gənclər iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB