Oğuzda gənclər arasında “Yeni Azərbaycan Partiyası və gənclik” mövzusunda diskussiya təşkil olunub

Oğuzda gənclər arasında “Yeni Azərbaycan Partiyası və gənclik” mövzusunda diskussiya təşkil olunub

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin I turu davam edir. SİA-nın məlumatına görə, Oğuzdakı "Afra" oteldə məskunlaşmış gənclər arasında "Yeni Azərbaycan Partiyası və gənclik" mövzusunda diskussiya təşkil olunub. Diskussiyanın moderatoru YAP GB-nin ofisinin koordinatoru Aytən Hüseynova olub.

A. Hüseynova Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından söz açaraq, Ümummilli Liderin Azərbaycanın gənclər siyasətinin əsasını qoyduğunu, gəncliyə böyük önəm verdiyini qeyd edib.

Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafı istiqamətində həyata keçirdiyi işləri vurğulayan moderator, ölkə başçısının Ulu Öndər Heydər Əliyevin ideyalarını yüksək səviyyədə həyata keçirdiyini bildirib.

Moderator YAP-ın yaranma tarixindən, partiyanın hər zaman gənclərə dəstək verərək, onların ölkənin ictimai-siyasi həyatında iştirakını təmin etməsindən danışıb.

O, YAP GB-nin yaranması, özündə böyük gənc kütləsini birləşdirməsi, həyata keçirdiyi layihələr barədə məlumat verib.

A. Hüseynova regionlarda gənclərlə iş aparılmasından söz açıb.

Daha sonra YAP GB-nin həyata keçirdiyi layihələr və tədbirləri əks etdirən fotoslayd nümayiş olunub.

Tədbir gənclər arasında diskussiya ilə davam etdirilib.

Elgün Vidadioğlu, Oğuz

Bütün xəbərlər Facebook səhifəmizdə