Bu gün Nərimanov rayonun bir hissəsində su olmayacaq vətəndaşların nəzərinə

Bu gün Nərimanov rayonun bir hissəsində su olmayacaq vətəndaşların nəzərinə

Bakı şəhəri Nərimanov rayonu, Z. Bünyadov prospekti ilə Ə. Rəcəbli küçələrinin kəsişmələrindən keçən 1000 mm diametrli magistral su xəttinin yenidən qurulması ilə əlaqədar bu gün Nərimanov rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə SİA-ya "Azərsu" ASC-dən məlumat verilib. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə