Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində sön rüb ərzində həyata keçirilən tədbirlər barədə məlumat yayıb. Komissiyadan SİA-ya verilən xəbərə görə, ötən rüb ərzində Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planının 2012-2013-cü illər üzrə icrası barədə məlumatı ictimaiyyətə təqdim edib.
Komissiyanın hazırladığı hesabatda Fəaliyyət Planında 2012- 2013-cü illər üçün nəzərədə tutulan tədbirlərin dövlət qurumları tərəfindən tam icra vəziyyəti 64% müəyyən edilib. Fəaliyyət Planında tədbirlərin 22%-nin 2012-ci ildə, 33%-nin 2013-cü ildə, 27%-nin 2014-cü ildə, 18%-nin isə 2015-ci ildə icra edilməsi müəyyən edilib.
Komissiya ötən rüb ərzində fəaliyyəti barədə ictimaiyyəti məlumatlandlrmaq üçün sosial şəbəkədə twitter hesabı açıb, məşhur elektron kitabxana olan Wikipedia-da ingilis və azərbaycan dillərində Komissiyanın elektron səhifəsini yaradıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın rəsmi veb ünvanı olan www.antikorrupsiya.gov.az portalı təkmilləşdirilib, qanunvericilik bazası ingilis dili də daxil
olmaqla tam yenilənib. Korrupsyiaya qarşı mübarizə üzrə Komissiyanın yanında fəaliyyət göstərən qanunvericliyin təkmilləşdirilməsi üzrə işçi qrupun tərkibi yenilənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB