Müdafiə naziri cəbhədəki hərbi hissələrdə olub

İyulun 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində təlimlərin keçirildiyi hərbi hissələrdə olmuşdur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazirliyin rəhbərliyi müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, zirehli texnikaların döyüşə hazırlığı, imkanları və səmərəli istifadəsi, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olmuşdur.

Sonra müdafiə naziri döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşmüş, xidmətdə fərqlənənlərə saat təqdim etmişdir.

Nazir, eyni zamanda, müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...