“Azercell” yeni kampaniyaya başlayıb

“Azercell” yeni kampaniyaya başlayıb

"Azercell Telekom" MMC bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində Oğuz-Şəki-Qax-Zaqatala bölgəsində "050-ni al, 051 əkizi pulsuz!" kampaniyasına başlamışdır.

Şirkətdən bildirmişlər ki, dekabrın 15-dək davam edəcək kampaniya çərçivəsində istifadəçilər "Azercell Ekspres" və diller ofislərindən 050 prefiksli nömrə alarkən, eyni nömrənin 051 prefiksini hədiyyə olaraq əldə edəcəklər. Kampaniya çərçivəsində əkiz nömrələr öz aralarında xüsusi tariflə (dəqiqəsi 1 qəpik), digər nömrələrlə isə "Bölgə" tarif paketinin qiymətlərinə uyğun olaraq danışacaqlar.

Daha ətraflı məlumat [email protected] ünvanında yerləşdirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə