"Yay məktəbi"nin iştirakçıları üçün meşə gəzintisi və ziyafət təşkil olundu

"Yay məktəbi"nin iştirakçıları üçün meşə gəzintisi və ziyafət təşkil olundu

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin I turunun Oğuz qrupu üçün bu gün meşəyə gəzinti və ziyafət təşkil olunub. SİA-nın məlumatına görə, "Afra" oteldə məskunlaşmış gənclər meşə gəzintisinə qrup rəhbəri, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevanın rəhbərliyi ilə çıxıblar. Gəzinti zamanı gənclərə Oğuz rayonunun coğrafiyası barədə məlumat verilib.

Daha sonra meşədə yerləşən istirahət mərkəzində gənclər üçün ziyafət təşkil olunub.

Qeyd edək ki, iyulun 11-də Bakıya qayıdacaq gənclər üçün bu gün də idman yarışları, interaktiv oyun və diskoteka təşkil olunacaq, gündəlik hesabat xarakterli foto-slayd nümayiş olunacaq.

Elgün Vidadioğlu, Oğuz

Bütün xəbərlər Facebook səhifəmizdə