Professor Vaqif Arzumanlı vəfat edib. SİA-nın xəbərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkən professor Nabranda dünyasını dəyişib.
Professorla vida mərasiminin sabah keçiriləəcəyi bildirilir.
Qeyd edək ki, professor V.Arzumanlı 1947-ci ildə Quba rayonunda anadan olub. 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləyib, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri, 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunun direktoru vəzifələrində çalışıb.
2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edib.2011-ci ildən isə professor AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr üzrə direktor müşaviri idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB