Şəhid adlarının əbədiləşdirilməsinə ictimai dəstək layihəsinin icrası davam edir FOTOLAR
Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etdiyi Şəhid adlarının əbədiləşdirilməsinə ictimai dəstək layihəsinin icrası davam edir. SİA-nın verdiyi məlumata görə, layihədə şəhid adlarının əbədiləşdirilməsi məqsədi ilə onların adlarına küçələr və parklar verilib. Əfsuslar olsun ki, bir çox şəhidlərin adlarına verilmiş küçələrdə onların adları yazılmış löhvələr, barelyeflər yoxdur və yaxud həmin löhvələr və bareliyeflər tamamilə oxunmaz haldadır. Bunlar isə şəhid ailələrində narahatçılığa səbəb olur.
Bundan əlavə şəhid adını daşıyan küçədə yaşayan insanlar heç bilmirlər ki, bu insan kim olubdur. Bütün bu narazılıqların səbəbi isə şəhidlərin adını daşıyan küçələrdə " ŞƏHİD" sözünün yazılmamasındadır.
Ən ağırlı problem ondan ibarətdir ki, bir çox şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədilə onların adlarına küçələr və parklar verilməsindən uzun illər keçməsinə baxmayaraq yerli icra hakimiyyətləri hələ də Nazirlər Kabinetinin 03 sentiyabr 1993-cü il tarixli "Şəhid adlarının əbədiləşdirilməsi" Qərarına biganə münasbət bəsləyərək bareliyeflərin vurulmasını icra etmirlər. Bəzən şəhid ailələri bu məsələnin həll olunması üçün aidiyyəti qurumlara müraciət etməyə məcbur olurlar.
Bundan əlavə şəhid adlarına verilmiş bir neçə küçələrdə onların adları yazılmış löhvələr və barelyeflərin qarşısınında ticarət köşləri və ya digər məqsədə uyğun olmayan obyektlər tikilir. Bu da həmin ailələrdə haqlı olaraq narazılıq yaradılır.
Layihədə sadaladığımız bu problemlər ictimayyət arasında narazıçılığa səbəb olmaqla yanaşı, yeniyetmə və gənclərin hərbi vətənpərlik ruhda böyüməsinə əks təsir edən məsələlərdir.
Təqdim etdiyimiz "Şəhid adlarının əbədiləşdirilməsinə İctimai dəstək" layihəsi çərçivəsində görəcəyimiz işlər şəhid ailələrinə və böyüməkdə olan yeniyetmə və gənclərin hərbi vətənpərlik ruhda böyüməsinə müsbət mənada dəsdək olacaqdır.
Bu problemlərin aradan qaldırılması məqsədi ilə artıq bir neçə rayonlarda adları əbədiləşdirilmiş şəhidlərin küçələri müəyyənləşdirilib, Binəqədi, Nizami və Nəsimi rayonlarında həmin küçələrə "ŞƏHİD" sözü yazılmış löhvələr vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB