Azərbaycanın diplomatik xidmət orqanları rəhbərləri “Asan xidmət”lə tanış olublar

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərləri “Asan xidmət”lə tanış olublar

Bu gün Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzi ilə tanışlıq görüşü təşkil edilib. SİA-nın məlumatına görə, görüşün təşkilində məqsəd qonaqların "ASAN xidmət" və bununla əlaqədar olan son yeniliklər barədə məlumatlandırılmasıdır. Səfirlərə "ASAN xidmət"in fəaliyyəti haqda məlumat verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, ölkədə "Asan xidmət"in 6 mərkəzi fəaliyyət göstərir. Bunlardan 4-ü Bakıda, 2 regional təşkilatdan biri Sumqayıtda, digəri isə Gəncədə yerləşir. Qısa müddət ərzində Bərdə, Sabirabad, Qəbələ və Masallı mərkəzlərinin də vətəndaşların xidmətinə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə