Sürücülərə şad xəbər!

Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissəsində təmir-bərpa, eləcə də xətlənmə işləri tam yekunlaşıb. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, bununla da, adıçəkilən küçədə aparılan təmir-bərpa işləri tam olaraq yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə