ADA abituriyentləri və valideynləri “Açıq Qapı” günlərinə dəvət edir

ADA abituriyentləri və valideynləri “Açıq Qapı” günlərinə dəvət edir

ADA Universiteti (ADA) abituriyentləri və valideynləri "Açıq Qapı" günlərinə dəvət edir. SİA-nın xəbərinə görə, 2014-2015-ci tədris ili üçün ADA aşağıda adları qeyd olunmuş bakalavr proqramlarını təklif edir.

I ixtisas qrupu üzrə:

- Kompüterelmləri
- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

II ixtisas qrupu üzrə:

- Beynəlxalq münasibətlər
- İqtisadiyyat
- Biznes inidarə edilməsi

III ixtisas qrupu üzrə:

- Dövlət və ictimai münasibətlər

ADA-da "Açıq Qapı" günləri

Vaxt

Tarix

İxtisas qrupu

11:00-12:30

14, 15 iyul

I qrup üzrə

11:00-12:30

21, 22 iyul

II, III qrup üzrə

"Açıq Qapı" günlərinin iştirakçıları bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat almaqla yanaşı, ADA-da çalışan professor heyətinə maraqlandıran suallarını ünvanlaya biləcəklər. Məlumat sessiyasından sonra isə iştirakçılar ADA-nın Kampusu ilə tanış olacaqlar.

ADA-ya gələrkən şəxsiyyət vəsiqəsını təqdim etmək mütləqdir. Əlaqə məlumatları: telefon: 012 437 08 30; 012 437 32 35

e-mail: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə