Cari ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-sosial ekspert komissiyaları tərəfindən təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz azalaraq 11085 nəfər təşkil edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, eyni zamanda, qeyd olunan dövrdə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi 2,9 faizdən 3,7 faizə, hissəvi reabilitasiya göstəricisi isə 0,7 faizdən 2,7 faizə yüksəlib.
ƏƏSMN-nin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Son 6 ayda həmin bərpa-müalicə müəssisələrində ümumilikdə 3608 nəfərə bərpa-müalicə xidməti göstərilib ki, onların 596 nəfərini sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB