3 əsgərimiz xəsarət alıb

İyulun 8-də keçirilən təlimlər zamanı qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilkin tibbi yardım göstərilən hərbi qulluqçular Gəncə qarnizon hospitalına yerləşdiriliblər. Vəziyyətləri kafidir.

Bütün xəbərlər Facebook səhifəmizdə