Oğuzda gənclər üçün "İKT və informasiya təhlükəsizliyi" adlı seminar keçirildi FOTOLAR

Oğuzda gənclər üçün "İKT və informasiya təhlükəsizliyi" adlı seminar keçirildi FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin ilk turu davam edir. SİA-nın məlumatına görə, Oğuzdakı "Afra" oteldə məskunlaşmış gənclər üçün bu gün daha bir seminar təşkil olunub. "İKT və informasiya təhlükəsizliyi" adlı seminarın moderatoru YAP GB-nin İKT üzrə təlimçisi Şamo Əliyev olub.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra moderator gənclərə hakkerlər və hakkerlik, kompyuterin əməliyyat sisteminin qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verib, praktiki çalışmalar yerinə yetirilib. Ş. Əliyev gənclərin suallarını cavablandırıb və İKT sahəsində onları maraqlandıran müxtəlif sahələr haqqında danışıb.

Nəzərinizə çatdıraq ki, bu gün "Yay məktəbi"ndə iştirak edən gənclərdən ibarət yığma komanda ilə Oğuzdan olan gənclər arasında futbol matçı təşkil olunacaq. Oyun Oğuz Olimpiya İdman Kompleksinin futbol zalında keçiriləcək.

Qeyd edək ki, axşam saatlarında gənclər arasında intelektual oyun və diskoteka da təşkil olunacaq.

Elgün Vidadioğlu, Oğuz

Bütün xəbərlər Facebook səhifəmizdə