Dünyanın ən böyük 10 məscidi FOTO

Heç dünyanın ən böyük məscidi harada yerləşir deyə maraqlanmısınız? Əgər bu haqda məlumatsızsınızsa, SİA dünyanın 10 ən böyük məscidi haqqında məlumatı diqqətinizə çatdırır.

1. Məscid-ül Haram - Səudiyyə Ərəbistanın Məkkə şəhərində yerləşir. İçərisində qibləmiz Kəbənin də yerləşdiyi bu məscid dünyanın ən müqəddəs və ən böyük məsciddir. Məscid-ül Haramın 89 metr uzunluğunda 9 minarəsi var. Burada 900 000 insan eyni anda ibadət edə bilir. Həcc ziyarəti zamanı isə bu rəqəm 4 000 000-a çatır.

2. Məscid-i Nəbəvi - Peyğəmberimiz Hz. Məhəmməd (s.a.s) tərəfindən inşa edilib. Bu məscid Mədinə şəhərində yerləşir. Məscid-i Nəbəvinin 105 metrəlik 10 minarəsi və yaşıl qübbəsi var. Peyğəmbərimiz (s.a.s), Hz. Əbubəkir ve Hz. Ömərin də qəbirlərinin yerləşdiyi Məscid-i Nəbəvidə eyni anda 600 000 nəfər ibadət edə bilir. Həcc ziyarəti zamanı bu rəqəm 1 000 000-a çatır.

3. II Həsən - Kral Həsən tərəfindən 1993-cu ildə Kasablanka şəhərində inşa edilib. 210 metrlik minarəsi ilə məscid dünyanın ən uzun dini binası olaraq qeydə alınıb. Məsciddə eyni anda 105 000 nəfər ibadət edə bilir.

4 - Şeyh Zayed Bin Sultan Al Nahyan - Əbu Dabi şəhərində yerləşir. Yerli əhali tərəfindən qısaca "Böyük məscid" adlandırılır. 82 minarəli məscid 2007-ci ildə istifadəyə verilib. Məscidin baş qübbəsinin eni 32.8 metr, uzunluğu isə 85 metrdir. Eyni zamanda məscid dünyanın ən böyük əldə toxunmuş xalçasına, və şamdanına sahibdir. Burada eyni anda 40 000 nəfər ibadət edə bilir.

5 – İmam Məscidi - İsfahanda yerləşən bu məscidin divarları 7 rəngdən ibarət mozaikalarla örtülüb. 1611-ci ildə tikilməyə başlanan məscid, 18 il sonra 1629-cu ildə tamamlanıb. Məscidin akustikası çox mükəmməl şəkildə qurulub. Belə ki, ən kiçik səsin əks-sədası belə yüksək səslənir. Araşdırmalar göstərir ki, məsciddə 49 növ əks-səda mövcuddur. Bunlardan yalnız 12-ni insan qulağı eşidə bilir.

6 - Jame Asr Hassanil Bolkiah - 1958-ci ildə Bruney Sultanı tərəfindən inşa etdirilib. Ətrafındakı rəngarəng baxçaları, 24 əyarlı qızıl örtüklü qübbələri və minarələriylə dünyanın ən böyük, gözəl ibadət yerlərindən olan məscid 1994-ci ildə istifadəyə verilib.

7 - Feysəl məscidi – 1976-cı ildə Pakistan höküməti Səudiyyə Ərəbistanından alınan 130 milyon Səudiyyə riyali (təqribən 120 milyon $) ilə inşaasına başladığı məscidi 1986-cı ildə tamamlayıb. Məsciddə eyni anda 74.000 insan ibadət edə bilir. Hündürlüyü 90 metr olan 4 minarəsi var. Bir çox məscidin əksinə olaraq Feysəl məscidində qübbə yoxdur. Bunun əksinə üçkünc bir tavana sahibdir.

8 - Badşahi məscidi - 1673-cü ildə Moğol İmperatoru Auranqazeb tərəfindən inşa etdirilib. 8 minarəsi və 3 qübbəsi olan məsciddə eyni anda 100 000 insan ibadət edə bilər.

9 - İstiqlal Məscidi – 1978-ci ildə İndoneziya prezidenti Suharto tərəfindən tikdirilib. Əsas salonda 12 ədəd kalon var. Bu da Peyğəmbərimizin (s.a.s) hicri təqviminə görə Rəbbi-ül-əvvəl ayının 12-ci günündə doğuşuna işarədir. Məsciddəki 5 qat islamın 5 şərtini, 66.66 metr uzunluğundaki tək minarəsi isə Quran—Kərimdəki 6666 ayəni təmsil edir. Məsciddə eyni anda 120.000 nəfər ibadət edə bilir.

10 - Sultan Əhməd Məscidi – Osmanlı Sultanı I Əhməd tərəfindən Memar Sədəfkar Mehmet ağaya tikdirilən bu məscid 6 minarəlidir. 20.000-dən çox İznik çinisiylə (mozaikasıyla) bəzədilib. 43 metr yüksəkliyindəki mərkəzi qübbənin eni 23,5 metrdir. Məscidin içi 200-dən artıq rəngli şüşə ilə işıqlandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə