Sumqayıtda Gənclər Evi inşa olunur

Sumqayıt şəhərindəki 5-ci mikrorayon ərazisində Gənclər Evi inşa olunur. Gənclər və İdman Nazirliyinin vəsaiti hesabına tikilən dördmərtəbəli müasir tipli binanın ümumi sahəsi 2600 kvadratmetrdir. Burada gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellekt və bacarıqlarının artırılması üçün bütün imkanlar yaradılacaqdır. Binada müxtəlif konfrans zalları, kitabxana, treninq və görüşlər üçün otaqlar olacaqdır. Bina tam istifadəyə verildikdən sonra Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi fəaliyyətini Gənclər Evində davam etdirəcəkdir.

Gənclər Evinin gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə