Türkiyə mətbuatı Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindən yazır
Türkiyə mətbuatı Prezident İlham Əliyevin iştirakı ilə iyulun 7-də keçirilmiş Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi haqqında informasiyalar yaymışdır.
Anadolu Agentliyi, TRT kanalı və digər nüfuzlu KİV-lər tərəfindən yayılmış informasiyalarda bildirilir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edərək diplomatik nümayəndəliklərin rəhbərlərinə Azərbaycan xarici siyasətinin gələcək fəaliyyət istiqamətləri ilə bağlı ciddi tapşırıqlar vermişdir.
Qeyd edilir ki, Azərbaycanın xarici siyasəti ilə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi olduğunu söyləyən Prezident diqqətə çatdırmışdır ki, bu istiqamətdə heç bir nəticənin olmamasının başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir.
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı, fəaliyyət istiqamətləri və qarşıda duran əsas hədəflərdən bəhs olunan informasiyalarda bildirilir ki, Prezident İlham Əliyev müşavirədə Dağlıq Qarabağ münaqişəsi, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasının ölkə diplomatiyasının əsas vəzifələrindən biri olduğunu diqqətə çatdırmışdır.
İnformasiyalarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:
http://www.aa.com.tr/tr/haberler/355345--savas-ihtimalini-goz-ardi-etmiyoruz
http://www.trthaber.com/haber/dunya/savas-ihtimalini-goz-ardi-etmiyoruz-134956.html
http://www.telehaber.com/haberler/haber-6235981/
http://www.ajans34.com/guncel/quot-savas-ihtimalini-goz-ardi-etmiyoruz-quot-h98738.html və s.
Sabir Şahtaxtı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB