QHT-lərə Dövlət Dəstəyi Şurası və AXP arasında əməkdaşlıq müzakirə olunub
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa Xalq Partiyasının və Mərkəzçi Demokratlar İnternasionalının baş katibi Antonio-Lopez İsturizin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Bu barədə Şura Katibliyindən məlumat verilmişdir.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək ölkəmizdə QHT sektorunun inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti barədə danışmışdır. A.Quliyev Şuranın fəaliyyəti dövründə insan hüquqları, təhsil, mədəniyyət və digər sahələr üzrə yüzlərlə yerli QHT-nin layihələrini maliyyələşdirdiyini bildirmişdir.
A.Quliyev, həmçinin Şuranın xarici QHT-lər üçün qrant proqramı haqqında da qonaqlara məlumat verərək müxtəlif mövzular üzrə bir çox nüfuzlu Avropa təşkilatları ilə əməkdaşlıq etdiklərini vurğulamışdır. O, Şura ilə Avropa Xalq Partiyası arasında vətəndaş cəmiyyətinin inkişafı istiqamətində uğurlu əməkdaşlıq qura biləcəklərini söyləmişdir.
Nümayəndə heyətinin üzvləri Şuranın fəaliyyətini müsbət qiymətləndirdiklərini və ikitərəfli əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliklərini bildirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB