Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 31-də saat 10:00-da qurumun Şəki rayon şöbəsinin inzibati binasında Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edəcəkdir.
Qurumun mətbuat xidmətindən bildirmişlər ki, qəbula yazılmaq istəyən vətəndaşlar iyulun 30-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB