"Qadın Liderliyi Uğrunda" İctimai Birliyi (İB) Azərbaycanın 100 intellektual xanımına sertifikatlar təqdim etmişdir. İB-dən bildirmişlər ki, sertifikatlar azərbaycanlı xanımlara "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin "Azərbaycanda insan kapitalının inkişafı uğrunda: qadınlar üçün intellektual klubun yaradılması" layihəsi çərçivəsində keçirilmiş kursu uğurla başa vurduqlarına görə verilmişdir.
Kursda intellektual xanımlara karyera quruculuğu, liderlik texnologiyaları, menecerlik, natiqlik, nüfuzetmə, komanda quruculuğu və digər istiqamətlərdə interaktiv təlimlər keçirilmişdir. Kursa qatılmış xanımlar təlimlərdə iştirak etmiş və verilən tapşırıqları uğurla yerinə yetirmişlər. Təlimlər zamanı mövzu ilə əlaqədar ABŞ və Avropada geniş tətbiq edilən müasir texnologiyalar tədris edilmişdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilmişdir. Layihə ölkədəki intellektual qadınların inkişafını, onların ictimai-siyasi həyata fəal inteqrasiyasını, dünyadakı qadınlarla rəqabətdə irəli çıxması üçün təşkilatlanması və maarifləndirilməsini əsas tutur.
Məqsəd ölkənin intellektual qadın potensialını vahid mərkəzə toplayaraq, onları müvafiq istiqamətlərdə maarifləndirərək ölkəmiz və xalqımız üçün faydalı olacaq qüvvəyə çevirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB