Azərbaycan mətbuatında yeni jurnal işıq üzü görüb. Yazıçı Ramiq Muxtarın təsisçisi və baş redaktoru olduğu dərgi "Mizrab" adlanır. Oxucuların görüşünə gələn "Mizrab" adlı satirik jurnal nə Dədə Şəmşirin, nə Qurban Pirimovun, nə də ki, Ədalət Nəsibovun mizrabı deyil. Baş redaktorun da söylədiyi kimi, yeni "doğulan" nəşrin əsas qayəsi daş yuxularında yatan daş qəlbli insanları incə telləri ilə oyatmaqdır. Sağ cibində iqtidar, sol cibində müxalifətin emblemlərini gəzdirən pulgir, vəzifəpərəst, rüşvətxorları çirkin yollardan çəkindirməkdir.
Üz qabığında "Allah sənə rəhmət eləsin, "Molla Nəsrəddin!" Ömrün uzun olsun "Kirpi" şüarı ilə "Mizrab" özünü Azərbaycan mətbuatında klassikaya çevrilən bu jurnalların varisi elan edib.
Nəşrin təsisçisi və baş redaktoru, yazıçı Ramiq Muxtar 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində doğulub. 35 ildir Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Şəhərli kürəkən" pyesinə görə Gürcüstanın ali "Şərəf" ordeninə layiq görülüb. Rəsul Rza adına Beynəlxalq mükafatın laureatıdır. Prezidentin fərdi təqaüdçüsüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB