Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO Dəstək Agentliyinin baş meneceri Mark Laydeni qəbul edib.
SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Azərbaycan Respublikası Prezidentinin NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB