Dövlət bayrağımız endiriləcək

Dövlət bayrağımız endiriləcək

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Dövlət Bayrağının endirilməsi ilə bağlı məlumat yayıb. SİA-nın xəbərinə görə, idarənin mətbuat xidmətindən verilən məlumatda bu gün axşam saatlarından Bakıda dövlət bayrağı endiriləcəyi bildirilir.

Bayrağın endirilməsinə səbəb paytaxtda küləyin güclənməsi ilə bağlıdır. Dövlət bayrağı hava sabitləşənədək endiriləcək.

Bu qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatı əsasında qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə