"Yay məktəbi" çərçivəsində "Hüquqi dövlətin əsas prinsipləri" mövzusunda seminar keçirilib FOTOLAR

"Yay məktəbi" çərçivəsində "Hüquqi dövlətin əsas prinsipləri" mövzusunda seminar keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin ilk turu davam edir. SİA-nın məlumatına görə, Oğuzdakı "Afra" oteldə məskunlaşmış gənclər üçün turun 2-ci günündə "Hüquqi dövlətin əsas prinsipləri" mövzusunda seminar keçirilib. Seminarın moderatoru qrupun rəhbəri, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva olub.

Millət vəkili gənclərə hüquqi dövlətin prinsipləri barədə məlumat verib, ölkəmizin bu sahədə inkişafından söz açıb. O, demokratiya, söz azadlığı, mətbuat azadlığı barədə danışıb. S. Vəliyeva Azərbaycanın dünyada tanındığını, müxtəlif sahələrdə böyük uğurlar qazandığını, ölkəmizin regionun lider dövlətinə çevrildiyi bildirilib.

Millət vəkili gənclərin suallarını cavablandırıb, səhiyyə, hüquq, mətbuat və digər sahələr ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, nahardan sonra idman yarışları təşkil olunacaq. Gənclər futbol, üzgüçülük, stolüstü tennis və s. idman növlərində özlərini sınayacaqlar. Saat 21:00-da isə qruplar arasında ("Qarabağ", "İşıqlı gələcək", "Odlar yurdu", "Qırmızı kart") intellektual oyunlar keçiriləcək. Saat 22:00-dan 24:00-dək gənclər oteldə onlar üçün təşkil olunacaq diskotekada əylənəcəklər.

Xatırladaq ki, "Yay məktəbi" layihəsi çərçivəsində Oğuzda məskunlaşmış 64 gənc iyulun 11-də Bakıya qayıdacaq.

Elgün Vidadioğlu, Oğuz

Bütün xəbərlər Facebook səhifəmizdə