Astara, Lənkəran, Lerik, Masallı və Yardımlıda yaşayanların nəzərinə

Astara, Lənkəran, Lerik, Masallı və Yardımlıda yaşayanların nəzərinə

Baş prokuroru Zakir Qaralov iyulun 18-də, saat 11:00-da Astara rayon prokurorluğunun inzibati binasında Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Astara rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə