Qubada kənd təsərrüfatının sınaq siyahıyaalınması başa çatıb

Quba rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması başa çatıb. SİA-nın məlumatına görə, sınaq siyahıyaalınmasında rayonun 6 inzibati ərazi dairəsi üzrə 2000 təsərrüfat, 7 kənd təsərrüfatı müəssisəsi əhatə olunub. Siyahıyaalmaya 20 nəfər sayıcı, 2 nəfər ehtiyat sayıcı, 2 nəfər nəzarətçi və 4 nəfər operator cəlb olunub.

Bu il Quba Rayon İcra Hakimiyyətində sınaq siyahıyaalınmasının keçirilməsi ilə əlaqədar şəhər və kənd inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri və digər əlaqədar təşkilatların iştirakı ilə geniş müşavirə keçirilib.

Sınaq siyahıyaalma növbəti ildə aparılacaq ümumrespublika siyahıyaalınmasına yaxşı təcrübə olub, hazırlanmış proqram təminatı, çıxış cədvəlləri və s. təşkilati işlər sınaqdan keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...