Azərbaycan ATƏT-in gender konfransına qatılacaq

Azərbaycan ATƏT-in gender konfransına qatılacaq

İyulun 10-dan 11-dək Vyanada ATƏT-in gender bərabərliyinin icmal konfransı keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, ATƏT-in gender bərabərliyinin təşviqi üzrə Fəaliyyət Planının qəbul edilməsinin 10 illiyi münasibətilə keçiriləcək konfransda AQUPDK-nin sədri Hicran Hüseynova iştirak edəcək.

Konfransda məişət zorakılığı ilə mübarizə, qadınların irəli çəkilməsi, bərabərlik hüququnun de-fakto təmin edilməsi, dövlətlərin təcrübəsi və digər mövzularda təşkil olunacaq sessiyalarda H. Hüseynovanın çıxışı, eləcə də tədbir çərçivəsində ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Tədbirdə 40-dan çox dövlətin, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə