Bakı şəhəri Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan, Ə. Salamzadə küçəsindən Z. Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın hərəkətini təmin edən tunel tipli yol ötürücüsü bağlanıb.
Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
O bildirib ki, müvəqqəti açılan tunelin bağlanması köməkçi yolda asfalt-beton işlərinin başa çatması ilə əlaqədardır: "Salamzadə küçəsindən Z. Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə hərəkət edən nəqliyyat vasitələri artıq köməkçi yoldan istifadə edə bilərlər. Hazırda sözügedən tunel tipli yol ötürücüsündə son tamamlanma işləri davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB