Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsi çərçivəsində Oğuza yollanan gənclər "Afra" oteldə məskunlaşıblar. SİA-nın Oğuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qrupun rəhbəri, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevanın rəhbərliyi ilə açılış mərasimi keçirilib. Millət vəkili gəncləri salamlayaraq, layihənin önəmliliyi haqqında danışıb. O, proqram və qaydalar haqqında məlumat verib, bütün gəncləri intizam qaydalarına ciddi əməl etməyə çağırıb.
YAP GB Ofisinin kütləvi tədbirlər üzrə koordinatoru Aytən Hüseynova təşkilati işlərlə bağlı gənclərin suallarını cavablandırıb, keçiriləcək oyunlar və təşkil olunacaq görüşlər barədə danışıb. Gənclər "Qarabağ", "İşıqlı gələcək", "Odlar yurdu", "Qırmızı kart" adları altında 4 komandaya bölünüblər. İstirahətdən sonra isə komandalar arasında praktik oyunlar təşkil olunub.
Şam yeməyindən sonra gənclər arasında interaktiv oyunlar və "İstedad gecəsi" adlı diskoteka təşkil olunacaq.
Nəzərinizə çatdıraq ki, gənclər iyulun 11-də Bakıya qayıdacaqlar.
Xatırladaq ki, bu mövsüm 800 gənc 6 mərhələdə "Yay məktəbi" layihəsində iştirak edəcək.
Elgün Vidadioğlu, Oğuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB