YAP GB cari mövsümün "Yay məktəbi" layihəsinə start verdi FOTOLAR

YAP GB cari mövsümün "Yay məktəbi" layihəsinə start verdi FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) cari mövsümdə "Yay məktəbi" layihəsinə start verib. SİA-nın məlumatına görə, layihənin birinci turu çərçivəsində bu gün səhər saat 08:00-da gənclər iki istiqamətə - Oğuz və Lerik rayonlarına yola düşüblər.

Oğuza yollanan qrupun rəhbəri, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva gənclərə tapşırıq və tövsiyələrini verdikdən sonra yolun maraqlı keçməsi üçün müxtəlif əyləncəli oyunlar təşkil edilib. Proqrama əsasən, gənclər saat 12:30-da Oğuz rayonunda "Afra" oteldə məskunlaşacaqlar. Sözügedən oteldə bu gün "Yay məktəbi"nin açılış mərasimi, proqramla tanışlıq, iştirakçıların komandalara bölünməsi, praktik, interaktiv oyunlar və diskoteka keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu mövsüm 800 gənc 6 mərhələdə "Yay məktəbi" layihəsində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə