"Milan Expo 2015"də iştirak edəcək Azərbaycanın milli pavilyonunun təməli qoyulub
2015-ci il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək "Milan Expo 2015" sərgisində iştirak edəcək Azərbaycanın milli pavilyonunun təməli qoyulub və ərazidə tikinti işlərinə start verilib. SİA-nın xəbərinə görə, Azərbaycan "Planeti qidalandırmaq, həyat üçün enerji" "Milan Expo 2015" sərgisində ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunacaq. Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçıtərəfdaşı olan Heydər Əliyev Mərkəzi hazırda milli pavilyonun dizaynı və məzmun konsepsiyası üzrə işlər aparır.
Milan Expo 2015-in rəsmi internet səhifəsində Azərbaycan pavilyonu haqqında bu linkdən (http://www.expo2015.org/en/participants/countries/azerbaigian) ətraflı məlumat öyrənmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB