Zabitlərimiz beynəlxalq tədbirlərə qatılacaqlar

Zabitlərimiz beynəlxalq tədbirlərə qatılacaqlar

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 6-dan 15-dək Paris şəhərində (Fransa) 1-ci Dünya müharibəsinin 100 illiyi, Fransanın Milli gününə həsr olunmuş parad, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Tbilisi şəhərində (Gürcüstan) Hərbi-texniki məsələlər üzrə təcrübə mübadiləsi, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 11-dək Marmaris şəhərində (Türkiyə) Beynəlxalq gəmi və liman təhlükəsizlik kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Vişkov şəhərində (Çexiya) 2014 Əməliyyat atıcılıq kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə