Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakı İslam Universitetinə qəbul olmaq üçün keçirləcək qabiliyyət imtahanının vaxtını açıqlayıb. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2014/2015-ci tədris ili üzrə Bakı İslam Universitetinə qəbul olunmaq istəyənlər üçün qabiliyyət imtahanı 7-12 iyul tarixlərində keçiriləcək.
İmtahanlar Bakı İslam Universitetinin binasında (Təzəpir Məscid Kompleksi) baş tutacaq.
Əlaqə saxlamaq istəyənlər (012) 492 82 23 nömrəsinə zəng edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB