Azərbaycanın tikinti şirkəti Qazaxıstanın paytaxtı Astana şəhərində "Azərbaycan məhəlləsi" adlı yaşayış kompleksinin inşasını planlaşdırır. SİA-nın xəbərinə görə, bu barədə Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Joşıbayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, layihə şəhər meriyasında müzakirə edilib: "Kompleks Azərbaycan koloritli bir neçə yaşayış binasından ibarət olacaq".
Azərbaycan şirkətlərinin Qazaxıstandakı fəaliyyətinə toxunan birinci müavini Azərbaycan şirkətlərinin fəal olduğunu dilə gətirib: "Ümumilikdə Azərbaycan şirkətləri, o cümlədən tikinti şirkətləri Qazaxıstanda çox fəal çalışır və bir sıra iri layihələr reallaşdırırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB