MDB Müdafiə Nazirləri Şurasının üzvləri bir sıra məsələləri müzakirə ediblər
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB ölkələri Müdafiə Nazirləri Şurasının üzvləri ilə görüş keçirib. SİA-nın prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistan Müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak ediblər.
Tərəflər habelə hava hücumundan müdafiə, hərbi təhsil, idmanın hərbi-tətbiqi növlərinin inkişafı məsələlərini də müzakirə ediblər. İclasın yekunları üzrə hərbi-texniki, sosial-hüquqi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gələcəkdə möhkəmləndirilməsi üzrə sənəd qəbul edilib.
Xatırladaq ki, MDB Müdafiə Nazirləri Şurası 1992-ci il fevralın 14-də MDB Dövlət Rəhbərləri Şurasının qərarı ilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB