İyulun 14-də Ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin növbəti ildönümü münasibəti ilə həyata keçirilən tədbirlərin bir hissəsi kimi Kürdəmir rayonunun Qarasaqqal kəndində də yeni poçt şöbəsi istifadəyə veriləcək. SİA-nın xəbərinə görə, bu poçt şöbəsində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması ilə yanaşı, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, bank və maliyyə və digər xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB