Şirvan şəhərindəki Heydər Əliyev adına meydanda çağırışçı gənclər təntənəli surətdə ordu sıralarına yola salınmışlar. Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin meydandakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edənlər gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək respublikamızda ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışmış, ölkəmizin ərazi bütövlüyünü göz-bəbəyi kimi qorumağı, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etmək üçün komandirlərin bütün əmrlərinə hər an hazır olmağı tövsiyə etmişlər.
Tədbirdə çıxış edən çağırışçı gənclər Prezident İlham Əliyevin hərbi xidmətə növbəti çağırışla bağlı Sərəncamının gənclər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını mərasim iştirakçılarının diqqətinə çatdıraraq Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirəcəklərinə, ölkəmizin ərazi bütövlüyünü layiqincə qoruyacaqlarına, ayıq-sayıq döyüşçülər olacaqlarına and içmişlər.
Şəhər mədəniyyət evinin musiqiçiləri mərasim iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Sonra çağırışçı gənclər Azərbaycan Respublikasının bayrağının və müqəddəs Qurani-Kərimin altından keçərək təyin olunduqları hərbi hissələrə yola düşmüşlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB