Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2014-cü il 2 iyun tarixli Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi qulluqçuların xidmətdən ehtiyata buraxılması həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu münasibətlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçuların təntənəli yolasalma mərasimi təşkil edilmişdir.
Xidmətdə fərqlənən əsgərlər məktəb rəisi tərəfindən mükafatlandırılmışdır.
Xatirə şəkli çəkdirildikdən sonra məktəbin hərbi orkestrinin müşayiəti ilə hərbi xidməti başa vuran əsgərlər evlərinə yola salınmışlar.
Mərasimdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin komandanlığı, zabitlər və qonaqlar iştirak etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB