Ombudsman əməkdaşları təcridxana və müalicə müəssisəsinə başçəkmə həyata keçiriblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları müraciətlərin araşdırılması, eyni zamanda Ombudsmanın nümayəndələri tərəfindən qəbul edilmələrini xahiş etmiş şəxslərlə görüşmək məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Müalicə Müəssisəsinə başçəkmələr həyata keçiriblər.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, qəbul edilən şəxslərlə aparılan konfidensial söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı narazılıq etməyiblər.
Həmin şəxslərin bəziləri barələrində olan cinayət işi üzrə istintaqdan və ya məhkəmə qərarlarından narazılıqlarını bildirmiş, onlara bununla bağlı hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, eyni zamanda müvafiq hüquqi məsləhətlər verilib.
Müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB