2 əsgərimiz yaralandı
Atəşkəs pozuldu

Düşmənin atəşkəsi pozması nəticəsində 2 əsgərimiz yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb., əsgərin vəziyyəti kafidir.

İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə