“Bakıelektrikşəbəkə” də “ASAN”-laşdı

Abonentlər bir sıra xidmətlərdən faydalana bilərlər

"Bakıelektrikşəbəkə" ASC "ASAN Xidmət" vasitəsi ilə bir sıra xidmət göstərəcək. Bu barədə "Bakıelektrikşəbəkə"dən məlumat verilib.

Məlumata görə, "ASAN Xidmət" vasitəsi ilə əhaliyə məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, abonent ödənişlərinin araşdırılması və borcun araşdırılması kimi xidmətlər göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə