İlahiyyatçı: “Ramazan ayında insan halalla haramın nə olduğunu dərk edir”

İlahiyyatçı: “Ramazan ayında insan halalla haramın nə olduğunu dərk edir”

Bu gün "Ramazan ayının ənənələri və orucun saxlanması xüsusiyyətləri" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə tədbirdə ilahiyyatçı Hacı Adil mövzu ətrafında məlumat verib.

"Qurani-Kərim"in "Bəqərə" surəsindən sitat gətirən ilahiyyatçı qeyd edib ki, Ramazan ayı Hümmət ayıdır: "Bu ayda insanlar oruc tutmaqla təmizliyə və paklığa çıxır. Aclığın, susuzluğun əziyyətini çəkməyən insan, onun nə olduğunu dərk edə bilməz. Bu il də orucluq yay mövsümünə təsadüf edib. İnsanlar 17 saat yarım qalırlar. Ramazan ayında insan dünyanın harasında olmasından asılı olmayaraq, ehtiyaclı insanların vəziyyətini başa düşə bilir. İnsan ictimai varlıq olduğu üçün kasıb təbəqənin ehtiyaclarını da ödəməyə məsuddur. Orucluqda insan möhtac təbəqənin vəziyyətini dərk edir. Bu da onların imdadına, köməyinə çatır və bir növ insanı dünyaya bağlılıqdan çəkindirir. İnsanın bütün səyi ruzi qazanmaqdır, lakin bu ayda insan halalla haramın nə dərəcədə əhəmiyyətli olduğunu dərk edir. Bütün bunların hamısı insanı kamilliyə gətirib çıxarır".

Orucluğun vacib əməllərinə aydınlıq gətirən ilahiyyatçı Hacı Adil bildirib ki, müqəddəs dinimiz orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının sonunda) çıxarılması və imkansızlara verilməsi, onlara bayram sevincini yaşadır. Fitrə canın sədəqəsidir və hər bir imkanlı müsəlmanın bu günün həyat şəraitinə uyğun olaraq fitrə zəkatı verməsi Allahın buyruqlarındandır.

Günel Səfərli

Bütün xəbərlər Facebook səhifəmizdə