Sabah 38 dərəcə isti olacaq PROQNOZ

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə isti olacaq.

Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...