Bu gün "Startup Azərbaycan 2014"ün yekun təqdimat mərasimi və "Startup mühitinin (ekosistemin) formalaşmasına dövlətin, özəl sektorun və fərdi investorların dəstəyi" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə 20 investor və finala çıxan 6 layihənin komanda üzvləri iştirak ediblər.
İlk olaraq çıxış edən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bu layihəyə ötən ildən start verildiyini deyib. Onun sözlərinə görə, bu layihə vasitəsilə insanlar ünsiyyət qura, müzakirələr və fikir mübadilələri apara bilərlər: "Layihənin əsas məqsədi İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, milli startup ekosistemin formalaşmasına dəstək verməkdir".
Onun sözlərinə görə, 46 startup layihəsinin təqdim edildiyi müsabiqədə I mərhələ səsvermə nəticəsində 15 yarımfinalçı startup layihəsi seçilib. II mərhələ səsvermədə yarımfinalçılar ekspertlər tərəfindən qiymətləndirilərək 10 ballıq sistemlə yekunda 6 milli startup layihəsi finala çıxıb.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov isə çıxışı zamanı vurğulayıb ki, iki ildir davam edən layihəsinin əsas istiqaməti Azərbaycanda innovativ sahibkarlığın inkişafına nail olmaqdır: "Digər məqsəd isə innovativ məhsulların istehsalının və ixracı potensialının genişləndirilməsini reallaşdırmaqdır. Bu gün Azərbaycan hökuməti xüsusi biliyə, savada malik olan insanlara şərait yaradır. Onlar üçün düzgün biznes mühiti, güzəştlər, maliyyə resurslarına çıxışın asanlaşdırılması və digər tədbirlər görülür".
Daha sonra "Startup Azərbaycan-2014"ün finalçıları elan olunub və onlar 3 dəqiqəlik təqdimatla çıxış ediblər. Ardınca finalçılar mükafatlandırılıb.
Qeyd edək ki, layihə Azərbaycan İnternet Forumunun təşkilatçılığı, Nazirlik yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə baş tutub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB