Bərdə rayonunda taxıl biçini başa çatıb. SİA-nın məlumatına görə, torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 15 min 303 hektarda taxıl yetişdiriblər. Bu, əvvəlki illə müqayisədə 241 hektar çoxdur. Taxıl zəmilərinin 12 min 380 hektarını buğda, 2953 hektarını isə arpa təşkil edib.
Biçini uğurla başa çatdıran Bərdə taxılçıları sahələrdən əvvəlki ildəkindən 2119 ton çox olmaqla, 54 min 610 ton məhsul əldə ediblər. Məhsulun 45 min 349 tonu buğda, 9 min 261 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 36,7 sentner, arpa sahələrində 31,4 sentner olub. 2013-cü illə müqayisədə buğdanın məhsuldarlığı 0,6 sentner, arpanın məhsuldarlığı isə 1,6 sentner çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB