Arzu Rəhimov Şəkidə qəbul keçirəcək

Arzu Rəhimov Şəkidə qəbul keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 31-də Şəkidə vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Xidmətin Şəki rayon şöbəsinin inzibati binasında (Şəki şəh. Füzuli küç. 1) keçiriləcək qəbulda Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların iyulun 30-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə