Yay aylarında təbii qaralmaq imkanı çox olsa da, bəzi xanımlar bu fəsildə də dərilərinin rəngini dəyişmək üçün günəş şüalarını, süni günəş vannaları ilə əvəzləyirlər. Dərinin bir rəngdə qaralmasını təmin edən süni günəş vannaları adətən kosmetik baxımdan üstün olduğundan, xarici gözəlliyinə diqqət edən xanımlar solyariyə daha çox müraciər edir.
Milli Onkologiya Mərkəzinin şöbə müdiri Samir Qurbanov isə açıqlamasında süni günəş vannaları qəbul edən qadınları ehtiyatlı olmağa çağırıb. Onkoloq solyari vasitəsilə qaralmaq istəyən xanımların bəzən sağlamlıqlarını ikinci plana qoyduğunu, süni günəş vannalarının xərçəngə belə yol açma ehtimalının olduğunu söyləyib: "Çox təəssüf ki, bəzi qadınlar gözəlliklərini fikirləşərkən sağlamlıqlarını arxa plana keçirirlər. Amma unutmaq olmaz ki, ən önəmlisi insanın sağalm olmasıdır. Qadınların gözəlləşmək üçün müxtəlif vasitələrdən istifadəsi zəruri olsa da, süni günə. vannalarının qəbulu zamanı həssas olmalıdırlar. Solyariyə girməzdən öncə onkoloji xəstəliklərə qarşı müayinə şərtdir. Ola bilər ki, qadında onkoloji xəstəliyə risk var Bu zaman belə qadınların süni günəş vannası qəbul etməsi təhlükəlidir".
Qeyd edək ki, paytaxt Bakıda solyari xidməti təklif edən gözəllik salonlarının sayı kifayət qədərdir. Bu xidməti təklif edən iaşə obyektlərnin sayının günü-gündən artması isə tələbatın olmasından irəli gəlir. Elə bu cü obyektlərdən olan "Megasan" solyaridən də Movqe.az-a yay olmasına baxmayaraq müştəri baxımdan çətinlik yaşamadıqlarını söyləyiblər. Bildirək ki, süni günəş vannalarının qiyməti vaxta görə dəyişir. 5 dəqiqə süni günəş vannası qəbul etməyin qiyməti 5-8 manat arasında dəyişir.
Azərbaycanda solyari mərkəzlərində müştərilərdən süni günəş vannasına girməsi üçün həkim rəyi tələb edilməsə də, artıq inkişaf etmiş ökələrin əksəriyyətində əks göstəriş olan müştərilər solyariyə buraxılmır. Məlumat üçün bildirək ki, bgün dünyada yüz milyonlarla insan solyari qəbul edir ki, bu da insanları birbaşa xərçəng risqi ilə üz-üzə qoyur.
Artıq Ümumdünya Səhiyyə Təşkilatı süni ultrabənövşəyi şüaların qəbulu nəticəsində bədxassəli şişlərin yaranma ehtimalının siqaret və alkoqollu içkilər qəbul edənlərlə bərabər səviyyədə olduğunu bəyan ediblər. Mütəxəssislərin heyvanlar üzərində apardıqları araşdırmalar zamanı məlum olub ki, solyarinin təsiri şişlər üçün münbit şərait yaradır. Hazırda solyaridən bütün dünyada, əsasən də Şimali Avropa və ABŞ-da daha geniş istifadə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB